Qusarın Əniğ kəndində qonşu-qonşunun qanını töküb.
7news.az ans press-ə istinadən xəbər verir ki, kənd sakini Zeybulla Əliyev ona verdiyi at yüyənini vaxtında qaytarmadığına görə, qonşusu və həmkəndlisi Nuviddin Sultanovu bıçaqla qətlə yetirib.
Mərhumun qohumu Xaçmazın Xudat şəhər sakini Qüdrət Xudayev bildirib ki, hadısə anidən baş verib.
Qətli törədən içkili olub. Qusar rayon prokurorluğunun böyük müstəntiqi Anar Salehov qətlin at yüyəni üstündə baş verməsini təsdiqləyib.
Qusar polisi hadisəni törədən 47 yaşlı Zeybala Əliyevi şübhəli şəxs qismində saxlayıb.
Rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, Zeybala Əliyevin hadisə zamanı sərxoş olub-olmaması tibbi ekspertizanın verəcəyi rəydən sonra bəlli olacaq.
7news.az








