RU
Qonşu qonşusunu bıçaqladı
18:30
350

Qonşu qonşusunu bıçaqladı

Şəmkirdə qonşular arasında dava qan tökülməsinə səbəb olub.

7news.az xəbər verir ki, Şəmkir Rayon Polis idarəsindən ans press-ə verilən məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Ülvi Məmmədovla aralarında yaranan şəxsi münasibətlər zəmnində hələlik adı istintaqa məlum olmayan qonşusu tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.

22 yaşlı gənc dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ