7NEWS.az xəbər verir ki, neft və təbii qazla zəngin olan İran elektrik böhranı ilə üz-üzədir. İnfrastruktur köhnəldiyi üçün istehsalda böyük problemlər var. Məktəblər distant təhsilə keçdi, dövlət müəssisələrinin iş saatları qısaldıldı. Tehranda fabriklərdə istehsal dayandırılıb, küçələrdə işıqforlar söndürülüb. On milyardlarla dollar itkinin baş verdiyi bildirilir.








