RU
Qonşular 24 yaşlı qızı döydülər
00:46
1020

Qonşular 24 yaşlı qızı döydülər

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Rayonun Qapanlı kənd sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova qarının küt travması və hər iki biləyinin xəsarəti əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınları bildirib ki, o qonşuluqda yaşayan bir neçə nəfər tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ