Ötən gün axşam saatlarında Şəmkir rayonunun Muxtariyyə kəndində qonşular arasında qanlı olay baş verib.
Şəxsi münasibətlər zəminində qeydə alınan hadisə zamanı Ülvi Məhəmmədov bıçaqlanıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, cinayəti Məhəmmədovun "Simi" ləqəbli qonşusu törədib.
Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir./milli
7news.az








