Bakı Apelyasiya Məhkəməsində qonşusunu döyüb öldürməkdə təqsirləndirilən Şöhrət Qədimovun şikayətinə baxılıb.
Hakim Rizvan Səfərovun icraatında olan prosesdə qərar elan edilib. Qərara əsasən, Ş.Məmmədovun cəzanın yüngülləşdirilməsi barədə şikayəti rədd edilib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, 2016-cı ilin dekabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
7news.Az








