Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu döyüb öldürməkdə təqsirləndirilən Şöhrət Qədimova cəza istənilib.
Hakim Rahib Salmanovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 12-də davam etdiriləcək.
İttihama görə, Bakının Kürdəxanı qəsəbəsindəki Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub./qafqazinfo
7News.az








