RU
Qonşusunu döyüb xəstəxanalıq etdi
23:00
399

Qonşusunu döyüb xəstəxanalıq etdi

Goranboyda qonşular arasında dava olub. 

Rayonun 1 May kənd sakini, 1983-cü il təvəllüdlü Ramin Abdullayev baş nahiyəsindən aldığı ağır xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb. R. Abdullayevin qonşusu tərəfindən döyüldüyü bildirilir.
 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. /apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ