RU
Qonşusunun ev quşlarını oğurlayan tutuldu
01:40
483

Qonşusunun ev quşlarını oğurlayan tutuldu

Abşeron rayon Polis İdarəsinin əməkdaşları qonşusunun həyətindən ev quşlarını oğurlamaqda şübhəli bilinən şəxsi elə qonşunun şikayəti əsasında yaxalayıb.

7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 44 yaşlı Muradxan Orduxan oğlu Orduxanov özü də həyətyanı sahəsində ev quşları saxlayır. Muradxan Orduxanov qonşuluqdakı evlərdən birinin də ev quşlarının saxlanıldığını görüb və həmin quşları oğurlamaq qərarına gəlib.

Zərərçəkmiş Abşeron polisinə müraciət edərək həyətinə qanunsuz daxil olan Muradxan Orduxanovdan şikayətçi olub. Qonşunun ərizəsi əsasında yaxalanan Muradxan tutduğu əməldən peşman olduğunu bildirib. Faktla bağlı isə saxlanılan şəxs barəsində Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ