Sosial şəbəkələrdə yayılan video təəccübləndirir.
7News.Az xarici mətbuata istinadla bildirir ki, videoda yaşlı qadının qonşusunun şam ağacının işıqlarını kəsməsi əks olunub.
Hadisə İngiltərənin Yorkşir qraflığının Kotinqem vilayətində baş verib.
Ev sahibi videonu sosial şəbəkələrdə yayaraq qadını biabır edib.
"Əslində, onu polisə vermək istəyirdim. Sonradan gördüm ki, çox yaşlıdır, yazığım gəldi", - ev sahibi Dan Hubbert söyləyib.
7News.Az










