Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
7News.Az ANSpress-ə istinadən xəbər verir ki, həkimlər 85 yaşlı eks-prezidentin vəziyyətinin sabit olduğunu, ancaq onun səhhətində ağırlaşmanın ola biləcəyi mümkünlüyünü bildiriblər.
Hazırda Qorbaçov Moskvanın ən yaxşı xəstəxanalarından birinin bağlı bölməsində ciddi nəzarət altında saxlanılır.
Tibbi dairələrdə olan mənbənin sözlərinə görə, bundan əvvəl bir neçə dəfə xəstəxanaya yerləşdirilən Qorbaçovun bu dəfə vəziyyəti daha da kəskindir.
Qorbaçov özü xəstəxanada olduğunu təsdiqləyib. Qorbaçovun adını daşıyan "Qorbaçov-Fond" nümayəndələri onun sağlamlıq vəziyyətinin həqiqətən ürəkaçan olmadığını qeyd ediblər.








