Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı bu il atılan addımlardan sonra banklardakı qorunan əmanətlərin ümumi həcmi 2 dəfədən çox artıb.
Bu barədə keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, ilin əvvəlində bu rəqəm təxminən 2 mlrd. manat idisə, iyunun 30-na qorunan əmanətlərin həcmi 4,5 mlrd. manata çatıb./report
7News.Az








