RU
Qorxmaz Hüseynovun ərköyün kürəkəni generalla mübahisə etdi və işdən çıxdı...
10:21
286

Qorxmaz Hüseynovun ərköyün kürəkəni generalla mübahisə etdi və işdən çıxdı...

 "Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızının əri,  icra başçısının oğlu
Turan Həsənzadə işdən çıxıb.
 
Bir müddət əvvəl lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə
gələn Turan Həsənzadə Ədliyyə Nazirliyindəki vəzifəsindən ayrılıb.
 
Əldə etdiyimiz məlumata görə Turan Həsənzadə ilə rəhbərlik arasında narazılıq yaranıb.
Generalla arasında yaranan mübahisədən sonra onun işdən çıxarılması qərarlaşdırılıb.
Lakin T.Həsənzadə özü ərizə yazaraq işdən çıxıb.
 
Xatırladaq ki, martın 19-da gecə saat 1 radələrində qəza baş vermişdi. Turan Həsənzadə
idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku”nun qarşısında
park vəziyyətində olan iki avtomobili vurmuşdu.
 
Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər
vəzifələrdən birini tuturdu. Onun atası Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı
Vasif İmanovdur.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ