RU
QORXUNC: Bu maddə çürüdür: Zombiyə çevrilən insan 2 ildə ölür - VİDEO
17:28
1804

QORXUNC: Bu maddə çürüdür: Zombiyə çevrilən insan 2 ildə ölür - VİDEO

Narkotik istifadəçiləri arasında geniş yayılmış "krokodil” adlı maddə istifadəçisini 2 il ərzində öldürür. 

7News.az xəbər verir ki, fotoqraf Emanuel Satolli "krokodil” istifadəçilərinin çox olduğu Rusiyada çəkdiyi dəhşətli görüntüləri paylaşıb. Fotoqraf  2013-cü ildə getdiyi Yekaterinburq şəhərinə yenidən səfər edib və burda əvvəlki səfəri zamanı tanış olduğu 10 istifadəçidən 7-nin artıq öldüyünü öyrənib. 

Məlumatlara görə, bu dəhşətli maddə heroninə alternativ olaraq istifadə edilir. Narkotik bazarında heroinə qarşı həyata keçirilən tədbirlər bu maddəni tapmağı çətinləşdirir. Narkotik istifadəçiləri isə "çıxış yolu”nu dezomorfini bişirərək "krokodil” adı verilən maddəni qəbul etməkdə görür. Araşdırmalara görə, "kokodil” istifadəçisini 2 ilə öldürür.  

Son illər Rusiyada "krokodil” istifadəçilərinin sayı sürətlə artır. Kimyəvi maddə isə istifadəçisini 2 il ərzində zombiyə çevirərək toxumaların çürməsinə və ölümünə yol açır.  Rusiyalı mütəxəssis Sergey Agakalovun sözlərinə görə, bu narkotik maddə istifadəçilərinin iyi uzaqdan hiss edilir. //cebhe.info

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ