Rusiya kimyəvi və bioloji kütləvi qırğın silahlarının hazırlanması üçün tədqiqatları sürətləndirib.
7news.Az xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasında Ukrayna nümayəndəliyinin sədri İrina Friz danışıb.
Frizin sözlərinə görə, Rusiya eyni zamanda Ebola və Marburq virusları üzərində tədqiqatlar aparır və buna peyvənd axtarışı adı altında don geyindirir. Moskva eyni zamanda yeni kimyəvi və bioloji silahların istehsalına çalışır ki, bunları da mümkün hibrid müharibə zamanı nəinki Ukraynaya qarşı, həmçinin maraqları olan istənilən ölkəyə qarşı istifadə etməyə hazırdır.
7news.Az








