RU
QRANT MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN OLDU
13:59
98

QRANT MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN OLDU

Gənclər təşkilatları üçün qrant müsabiqəsinin qalibləri məlum oldu.

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.

 

Müsabiqənin ekspert komissiyasının qərarına əsasən gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.

 

Qeyd edək ki, qrant müsabiqəsi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın "5.2.19. gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq" bəndi çərçivəsində təşkil edilir.

 

 
 

Qrant müsabiqəsinin nəticələri ilə tanış olmaq üçün:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ