RU
Qriqorçuk jurnalistlərə qonaqlıq verdi
11:55
1381

Qriqorçuk jurnalistlərə qonaqlıq verdi

“Lill”lə oyunöncəsi mətbuat konfransında mərhələni adlayacaqları təqdirdə jurnalistlərə qonaqlıq verəcəyini vəd edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sözünün üstündə durub.

Dünən günün ikinci yarısında dəvəti qəbul edən 16 mətbuat nümayəndəsi “Jumeirah Bilgah Beach Hotel"ə yollanıb. Adıçəkilən məkanda jurnalistləri Roman Qriqorçuk və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qarşılayıb.

Ukraynalı mütəxəssisin tərtib etdiyi proqrama əsasən media nümayəndələri ilk öncə “Aqua Park”da əyləniblər. Daha sonra jurnalistlər çimərlik futbolunda güclərini sınayıblar. Roman Qriqorçuk da matçın iştirakçısı olub. Görüş ukraynalı mütəxəssisin yer aldığı komandanın 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisinin müəllifi məhz Qriqorçuk olub.

Daha sonra isə hər kəs süfrə arxasına toplaşıb. Qriqorçuk dəvəti qəbul edənlərə təşəkkürünü bildirib. Media nümayəndələri də öz növbələrində “Qəbələ”nin çalışdırıcısına qarşıdakı “Maribor”la oyunda uğurlar arzulayıblar./futbolxeber.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ