RU
Qötze yenidən
15:50
1462

Qötze yenidən "Borussiya Dortmund"da

"Bavariya"nın yarımmüdafiəçisi Mario Qötze yenidən sabiq komandası "Borussiya"ya qayıdıb. 

7News.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu yeni mövsümdən Dortmund təmsilçisinin şərəfini qoruyacaq. 

Almaniyalı futbolçu tibbi müayinədən keçdikdən sonra "Borussiya" ilə 4 illik müqavilə imzalayacaq. Dortmund klubu bu transfer üçün "Bavariya"ya 23 milyon avro ödəyəcək. 

Qeyd edək ki, 2013-cü ildə 37 milyon avro müqabilində "Borussiya"dan "Bavariya"ya transfer olunan Qötze Bundesliqada keçirdiyi 73 oyunda 22 qol vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ