Quba rayonu Azərbaycanın ən səfalı, ən strateji regionlarından biridir. Qədim tarixə, füsunkar təbiətə malik olan rayonda müxtəlif sivilizasiyaların nümayəndələri məskən salıblar. Ulu Öndər 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra diqqət yetirdiyi rayonlardan biri də Quba olmuşdur. Bu diqqət, bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir.
Təəsüflə qeyd etmək lazımdır ki, 2017-ci ilə qədər Qubaya rəhbər göndərilmiş şəxslə etimadı o qədər də doğrultmamış, əksinə, bir çox hallarda sadə insanların narazılığına səbəb ola biləcək addımlar atmışdılar. Lakin son 2 ildə rayonun ictimai-siyasi həyatı, sosial-iqtisadi infrastrukturu inanılmaz dərəcədə inkişaf etmiş, yenilənmiş və modernləşmişdir.
Ölkə rəhbərliyinin Qubaya son səfəri və səfərdən sonra
atdığı addımlar rayonda aparılan müsbət dəyişiklərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
Xəbər verdiyimiz kimi 11 oktyabr 2018-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva Quba rayonuna səfər ediblər.Onlar əvvəlcə Quba rayonunda istifadəyə
verilmiş İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil
yolunun açılışını ediblər. Dövlətimizin başçısı 11 yaşayış məntəqəsini birləşdirən
və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda
xatirə şəkli çəkdirilib. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin
QubadakıMeyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi
ilə tanış olublar. Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir
olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar. İlham Əliyev və Mehriban
Əliyeva səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra
Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri,
ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat
verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi
Xəstəxanasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı xəstəxananın
rəmzi açılışını bildirən lenti kəsiblər. Xəstəxanada yaradılan şəraitlə
tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə
görüşüb. Sonda xatirə şəkli çəkdirilib. İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq
bağçasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr
evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Qubada bu gün, həmçinin "ABAD Factory" İstehsalat Kompleksinin
açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva kompleksin açılışında da iştirak
ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən
lenti kəsiblər, orada yaradılan şəraitlə tanış olublar. Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva "Qubaekoaqrar" Məhdud Məsuliyyətli
Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında da
iştirak ediblər. Dövlətimizin başçısı zavodu işə salıb.
Bütün bunların məntiqi nəticəsi olaraq Prezident Quba rayonunun hərtərəfli inkişafı üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. Bu həm də rayona rəhbərlik edən Ziyəddin
Əliyevin peşəkarlığını, uğurlu komanda siyasətini və ölkə rəhbərliyinə olan sədaqətini
tam şəkildə nümayiş etdirmiş olur.
7NEWS.az












