RU
Quba sakini dostunu evinə çağırıb qətlə yetirdi – VİDEO
18:54
827

Quba sakini dostunu evinə çağırıb qətlə yetirdi – VİDEO

Quba sakini dostunu küt alətlə qətlə yetirib.

7news.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Qubanın Alpan kəndində baş verib.

Kənd sakini, 28 yaşlı Anar Balayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Anar adətən evə gecə saatlarında gəldiyindən yaxınları da narahat olmayıblar.

Səhər isə Anar Balayevin ölüm xəbərini eşidiblər. Məlum olub ki, o, həmkəndlisi və dostu, əvvəllər məhkum olunmuş Eşqin Rəsulovtərəfindən qətlə yetirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Anarla Eşqinin ararsında heç bir ədavət olmayıb və hər zaman mehriban olublar.

Hadisəni törədən Eşqin Rəsulov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ