RU
Quba sakinini meşədə vəhşicəsinə döydülər
13:47
502

Quba sakinini meşədə vəhşicəsinə döydülər

Quba rayonun Amsarqışlaq kəndində dekabrın 16-da itkin düşən 1985-ci il təvəllüdlü Murod İsrafil oğlu Yusupov Şabran meşəsində döyülmüş vəziyyətdə tapılıb. 

Onun atası İsrafil Yusupov qafqazinfo-ya bildirib ki, o televiziyaların birində oğlunun itkin düşməsi barədə məlumat verib və az sonra onun Şabran ərazisində olduğunu xəbər veriblər. Tapılan Murodun isə şəxs və ya şəxslər tərəfindən döyüldüyü faktı üzə çıxıb. Onun sol gözü zərbə aldığından, ümumiyyətlə açılmır. Ayaqlarının isə "qanqrena" olduğunu atası bildirib. 

Qeyd edək ki, itkin düşən Murod Yusupovun əqli problemi var.

 

Məsələ ilə bağlı Şabran polisində araşdırma aparılır. /milli

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ