Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var.
Hadisə b u gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxış evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə onlardan biri dünyasını dəyişib, digərinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda araşdırma apaırılır.








