RU
Qubada 20 000 manata “Moskviç” satılır
17:49
483

Qubada 20 000 manata “Moskviç” satılır

Maşın zavod detallarıyla yenidən restavrasiya olunub.

Son vaxtlar avtomobillərin satış qiymətində eniş müşahidə olunsa da, bu proses antik nümunələrə aid deyil.

7News.Az xəbər verir ki, tap.az saytında 1949-cu il istehsalı olan “Moskviç 400” markalı avtomobil 20 000 AZN-ə satışa qoyulub. 

İlham adlı şəxsə məxsus maşın zavod detallarıyla yenidən restavrasiya olunub və sənədləri də qaydasındadır.

Satıcı elanda qeyd edib ki, avtomobil Quba şəhərindədir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ