RU
Qubada 20 yaşlı gənc bıçaqlanıb
00:09
919

Qubada 20 yaşlı gənc bıçaqlanıb

Qubanın Bağbanlı kəndində bıçaqlanma hadisəsi baş verib.

7news.Az Report-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü kənd sakini Əliyev Mahir Zahir oğlu Bağbanlı yolunun kənarında yerləşən marketin qarşısında bıçaqlanıb.

Yerli sakin bud və boğaz nahiyələrindən 2 bıçaq zərbəsi alıb. Ona xəsarət yetirən şəxsin kimliyi hələ ki, məlum deyil.

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Mahir Əliyev əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ