RU
Qubada 5 yaşlı uşaq itkin düşüb - Foto
09:27
767

Qubada 5 yaşlı uşaq itkin düşüb - Foto

Quba rayonunda 5 yaşlı uşaq itkin düşüb.

7news.Az Report-a istinadən xəbər verir ki, Əliyev Natiq Namiq oğlu bazar ertəsi, saat 17:00 radələrində Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, N.Əliyev gəzinti zamanı itkin düşüb. Onlar həmçinin uşağın sərbəst danışmaqda çətinlik çəkdiyini qeyd ediblər.

Hazırda Quba rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.

Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: (070) 207-09-97.

 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ