RU
Qubada ağır qəza - Yaralılar var+Video
22:15
508

Qubada ağır qəza - Yaralılar var+Video

Bu gün Quba rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

7news.Az ARB-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində baş verib. Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi, "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi "İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ