Qubada atasını balta ilə qətlə yetirməkdə təqsirli bilinən Rəvan Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7NEWS.Az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rəvan Ramazanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci iyunun 9-da Quba rayonu Sofikənd kəndində qeydə alınıb.
Belə ki, R.Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, mübahisəyə səbəb S.Ramazanovun oğlunun atını döyməsi olub.
7NEWS.Az








