RU
Qubada avtomobil oğurlayan şəxs tutulub
15:20
382

Qubada avtomobil oğurlayan şəxs tutulub

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan 7NEWS.Az-a verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus "Vaz 2106” markalı avtomobili əvvəlcə qaçırıb, daha sonra isə qəza törədərək hadisə yerindən qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ