RU
Qubada əl qumbaraları tapılıb
18:30
406

Qubada əl qumbaraları tapılıb

Quba rayonu ərazisində 3 ədəd "F-1" əl qumbaraları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 7NEWS.Az-a bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ