Qubada bədbəxt hadisə baş verib.
7News.Az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səbətlər kəndində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü, kənd sakini Xudayar Allahverdiyev yaşadığı evin dam örtüyünü sökən zaman tavanın çökməsi səbəbindən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.








