Quba rayonunda fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb.
Bədbəxt hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, tikilidə fəhlə işləyən Quba şəhər sakini, 1967-ci il təvəllüdlü Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, bir neçə ay bundan öncə də həmin binada fəhlə elektrik enerjisi vurması səbəbindən ölüb./report
7NEWS.Az








