Quba rayonu ərazisində rayon sakini olan bir nəfərin odlu silahla vurulacağı ilə hədələnməsi barədə polisə məlumat daxil olub.
7NEWS.Az xəbər verir ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini E.Mustafayevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olan "Forovel” və "MR-27” markalı 2 ədəd tüfəng və onlara aid 200 ədəd patron götürülüb.
Araşdırma aparılır.
7NEWS.Az








