Quba rayonunda yol qəzası baş verib.
Hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" və KİA markalı avtomobillər toqquşub. Nəticədə rayonun Rustov kənd sakinləri - KİA-nın sürücüsü Mais Səxavət oğlu Məmmədovun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Famil qızı Məmmədova və qızı, 2011-ci il təvəllüdlü Nüşabə Mais qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. /report
7News.Az








