RU
Qubada istirahət zonası su altında qalıb
22:30
1300

Qubada istirahət zonası su altında qalıb

Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib.

Quba rayonunun dağ-meşə massivində torpaq sürüşməsi baş verib.

7news.Az-ın Report-a istinadən verdiyi məlumata görə, təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.

Belə ki, dağın yamac hissəsi uçaraq Qudyalçaya tökülüb, nəticədə böyük torpaq kütləsi çayın qarşısını kəsib.

Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib. Bəzi turizm yerləri, xüsusilə Elxan Muradova məxsus istirahət zonası su altında qalıb. Torpaq sürüşməsi
Qudyalçayın qarşısını tamamilə kəsmək üzrədir.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ