RU
Qubada məsciddən oğurluq edən dəstə tutuldu
12:31
1240

Qubada məsciddən oğurluq edən dəstə tutuldu

Qubada oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ