RU
Qubada qəza
22:30
1847

Qubada qəza

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

7news.Az Ans press-ə istinadən məlumatına görə, qəza bu gün saat 16:10-da Quba-İspik yolunun 1.5-ci kilometrliyində qeydə alınıb.

Sürücüsünün ad və soyadı istintaqla hələlik müəyyən edilməyən "Qazel" markalı yük avtomobili qarşıdan gələn BMW markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə yaralı var.

Hazırda əraziyə təcili yardım maşınları cəlb edilib, ölən və yaralananların adları dəqiqləşdirilir.

7news.Az

 

 

Qubada qəza - Ölən və yaralananlar var+Foto
Qubada qəza - Ölən və yaralananlar var+Foto
Qubada qəza - Ölən və yaralananlar var+Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ