Ötən gündən başlayaraq Quba rayonuna yağan qar bir sıra fəsadlara səbəb olub.
Güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.
Quba rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı Şöbəsinin müdiri Cəfər Cəfərov faktı təsdiqləyib. İcra rəsmisi bildirib ki, güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Onun sözlərinə görə, hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub
"Xınalığa 50 santımetr hündürlüyündə qar yağıb. Yol bağlanıb. Hazırda yolun qardan təmizlənməsi istiqamətində işlər görülür”./azvision.az
7News.Az








