RU
Qulağında sırğa, əlində üzük, boğazında boyunbağı olan qadın skeleti tapıldı - Foto
18:00
735

Qulağında sırğa, əlində üzük, boğazında boyunbağı olan qadın skeleti tapıldı - Foto

Vanın Gürpınar bölgəsində yerləşən Çavuştəpə qalasında üç il əvvəl qazıntı işlərinə başlanılıb.

7News.Az xəbər verir ki,  qazıntılar zamanı ortaya çıxarılan nekropolda zinət əşyaları ilə birlikdə dəfn olunmuş Urartu qadınına aid qəbir tapılıb. 

Van Yüzüncü İl Universiteti Ədəbiyyat Fakültəsinin Arxeologiya kafedrasının rəhbəri, professor Rafət Çavuşoğlu məsələ ilə bağlı açıqlama verib. O vurğulayıb ki, onlar nikah müqaviləsinin arxeoloji tapıntılarından bəlkə də birincisini aşkarlayıblar.

Qadının hər iki qulağında sırğa, sol əlində bir üzük, boynunda bir boyunbağı, bəzəkli sancaq və hər iki qolunda əjdaha başlıqlı bilərzik tapılıb.

Bildirək ki, araşdırmalar nəticəsində qadının ölüm səbəbi və yaşı təyin ediləcək.

Professor isə qadının təxminən 20-25 yaşlarında olduğunu vurğulayıb:

"Üzərindəki zinət əşyaları o dövrdə bər-bəzəyə xüsusi önəm verildiyini göstərir. Qadın təxminən 20-25 yaşında olub.  Burada mühüm olan qadının bütün zinət əşyaları ilə birgə basdırılmasıdır. Skeletin zadəgan əsilli bir xanıma aid olduğunu müəyyənləşdirdik".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ