RU
Quldurluq edənlərə ağır cəza verildi
17:40
504

Quldurluq edənlərə ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Lombard"ın işçisindən quldurluq yolu ilə 7 min manat alan Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə S.Cəfərov 9 il 4 ay, T.Ağahüseynov 9 il, N.Aydınov və R.Azadov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, adıçəkilən şəxslər uzun müddət "Lombard”ın qarşısında əməkdaş Pərvin Əliyevin işdən çıxmasını gözləyiblər. P.Əliyev ofisdən çıxan kimi onu zorla maşında oturdaraq əl-qolunu bağlayıblar və üzərindəki 7 min manat pulu götürüblər./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ