RU
Qurana hücumlara etiraz olaraq İsveç pasportunu yandıran iraqlı qadın ölkəsinə qayıdıb
14:38
79

Qurana hücumlara etiraz olaraq İsveç pasportunu yandıran iraqlı qadın ölkəsinə qayıdıb


7 ilə yaxındır Stokholmda yaşayan və Qurana edilən hücumlara etiraz olaraq İsveç pasportunu yandıran iraqlı Şeyma Qədban ölkəsinə qayıdıb. 

7NEWS.az xəbər verir ki, "Aşkinaz” ləqəbli 26 yaşlı Şeyma Qədban Avropada Qurana qarşı hücumların artması səbəbindən keçirdiyi etiraz aksiyasının təfərrüatlarını Anadolu Agentliyinə danışıb. 

2015-ci ildə əvvəlcə Türkiyəyə, sonra da İsveçə gedərək yeni həyata başlamaq istədiyini ifadə edən Aşkinaz: 

 "2015-ci ildə Türkiyəyə getdim və 6 ay orada qaldım. Sonra o vaxt hamı kimi mən də Avropaya köçmək istədim və İsveçə dəniz və avtobuslarla 2 həftəyə çata bildim. Bu müddət ərzində mən də qaçqın düşərgələrində qaldım. İsveçə getməkdə məqsədim təhsil almaq və özümə yaxşı gələcək qurmaq idi”. 

Aşkinaz bir müddət sonra Stokholmda yaşamaq icazəsi, daha sonra isə Avropa ölkələrinə gedə biləcəyi müvəqqəti İsveç pasportu aldığını bildirib. İsveçin paytaxtı Stokholmda Qurana edilən hücumları müsəlman olaraq rədd etdiyini vurğulayan Askinaz, baş verənlərdən çox üzüldüyünü dilə gətirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ