Bu gün Bakının "Olimpiya” stadionunda Azərbaycanın futbol üzrə milli komandası Qırğızıstan yığması ilə yoldaşlıq matçı keçirib.
7news.Az xəbər verir ki, oyun Qurban Qurbanovun yetirmələrinin 3:0-lıq qələbəsi ilə başa çatıb.
Maksim Medvedev 16-cı dəqiqədə hesabı açıb. Künc zərbəsindən ötürülən topu başı ilə uzaq küncə göndərərək baxımlı qola imza atıb.
75-ci dəqiqədə milli komanda künc zərbəsindən növbəti dəfə qol vurub. Bu dəfə hücumçumuz Mahir Mədətov fərqlənib.
83-cü dəqiqədə Ürfan Abbasov cərimə meydançasında güclü zərbə ilə qapının torunu silkələyib.
7news.Az








