Türkiyənin Ərdahan vilayətində kəndə enən canavar evin qarşısında dayanan itə hücum edib.
7News.Az xəbər verir ki, nəticədə canavarla it arasında ölüm-dirim mübarizəsi başlayıb.
Hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Yalnız ev sahibinin taxta parçası ilə hadisəyə müdaxilə etməsi nəticəsində qurdu həyətdən qovmaq mümkün olub.








