RU
DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının törətdiyi qəza ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO
22:37
344

DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının törətdiyi qəza ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO

Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi "Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:

"Belə ki, "Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman "Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Mercedes” idarəetməni itirərək qarşıdan gələn "Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə "Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

---

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı "Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil "Nissan”a, daha sonra "Mercedes” və "VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, "Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır./apa






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ