RU
Quş ətinin qiyməti ucuzlaşa bilər
21:25
492

Quş ətinin qiyməti ucuzlaşa bilər

Azərbaycanda quş ətinin qiyməti yanvardan etibarən ucuzlaşa bilər.

Buna səbəb quş ətinin satışı, un və buğdanın 3 il müddətinə Əlavə Dəyər Vergisindən azad edilməsi planıdır.

Sahibkarlar belə dəyişikliyin qiymətlərə təsiri olacağını bildirir. Bu qərar un və çörək üçün 1 ildir tətbiq edilir. Davam etməsi bu məhsulların da bahalaşmasının qarşısını alacaq.

Çörək zavodları  da dəyişiklik təklifini müsbət qarşılayır.

Vergilər Məcəlləsində təklif edilən dəyişikliklərin Milli Məclisin növbəti plenar iclasında qəbul edilməsi gözlənilir./xezerxeber
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ