RU
Qusar bazarında güclü yanğın - FHN məlumat yaydı
21:04
550

Qusar bazarında güclü yanğın - FHN məlumat yaydı

Qusarda yanğın hadisəsi qeydə alınıb.

7news.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzi bazarının ərazisində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 500 m² olan geyim mağazalarının dam örtüyünün, satış piştaxtalarının yanar konstruksiyaları və mallar 200 m² sahədə, ona bitişik hər birinin sahəsi 20 m² olan 2 geyim mağazasının yanar konstruksiyaları, içərisindəki mallar yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ