RU
Qusar sakini helikopter hazırladı
12:23
1765

Qusar sakini helikopter hazırladı

Qusar rayon sakini helikopter düzəldib.

Rayon sakini Mirzəxan İmamquliyev 6 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirə bilib.

M.İmamquliyev bildirib ki, helikopteri hazırlamaq üçün 15 avtomobilin müxtəlif ehtiyat hissələrindən istifadə olunub:

“Hazırladığım helikopterə Ukrayna istehsalı olan “Zaparojets” markalı avtomobilin mühərrikini qoymuşdum. Lakin həmin mühərrikin gücü az olduğundan dəyişərək yerinə “VAZ 2103” markalı avtomobilin mühərrikini qoydum”.

Helikopter hazırlamaq uşaqlıq arzusu olduğunu deyən M.İmamquliyev işlərin 95 faizinin yekunlaşdığını bildirib. O əlavə edib ki, hazırladığı helikopter sentyabr ayında uçuşa hazır olacaq.

Qeyd edək ki, bu helikopterin hazırlanması üçün bu günə qədər 3 000 manatdan artıq vəsait sərf olunub./report

7News.Az

Qusar sakini helikopter hazırladı - Fotolar+Video
Qusar sakini helikopter hazırladı - Fotolar+Video
Qusar sakini helikopter hazırladı - Fotolar+Video
Qusar sakini helikopter hazırladı - Fotolar+Video
Qusar sakini helikopter hazırladı - Fotolar+Video

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ