RU
Qusarda bazar yanır- Son dəqiqə
17:39
675

Qusarda bazar yanır- Son dəqiqə

Qusar rayonunun mərkəzi bazarında yanğın başlayıb.

Məlumata əsasən, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əvvəlcə 3, daha sonra 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə nəticəsində bazarın 200 kv.m-lik sahəsi yanıb.

 

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda yanğının yayılmasının qarşısı alınsa da, tam söndürülməyib. Belə ki, bazarın qarşısındakı bir neçə mağazada yanğın davam edir.

Yanğının bazarın paltar satılan mağazalarından birindən başladığı bildirilir.

"Yanğın hazırda davam edir. Yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaqdan ötrü tədbirlər görülür".

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ