Qusarda ağır yol qəzası baş verib.
Qusar-Ləzə yolunun 24-cü kilometrliyində "Opel Zafira” markalı minik avtomobili piyadanı vurub öldürüb.
Ağır xəsarət alan rayonun Zindanmuruq kənd sakini, 1965-ci il təvəllüdlü Cabbar Ağamuradov hadisə yerində ölüb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə vaxtı piyada sərxoş vəziyyətdə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika
7News.Az








