RU
Qusarda ev yanıb
09:54
843

Qusarda ev yanıb

Qusarda yanğın hadisəsi qeydə alınıb.

7News.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbərinə görə, rayonun Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ