Qusarda evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Qusarda evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Qusarda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə Ş.Əfəndiyev saxlanılıb. 

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 25-də şəhər ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti